USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda fantastik qiymətə kirayə bağ evləri - QİYMƏTLƏR/FOTO

24.05.2019 İqtisadiyyat
0 0
"Artıq demək olar ki, bütün bağ evləri icarəyə verilib”.

"Kommersant.az" xəbər verir ki, bu sözləri Lent.az-ın suallarını cavablayarkən daşınmaz əmlak üzrə ekspert Mehriban Fərəcova deyib. O bildirib ki, xüsusən də yay aylarında bağ evlərinə tələbat çoxalır:

"Bu onunla əlaqədardır ki, əksər ailələr birlikdə xaricə səyahət edə bilmirlər. Bu səbəbdən də onlar kirayə bağ evi götürüb, dincəlirlər. Bəzən bir bağ evini, bir neçə ailə götürür, bəzən də müəyyən qədər dostlar yığışıb icarəyə götürürlər.

Mən uzun illərdir ki, bağ evləri ilə məşğul oluram və görürəm ki, bu evlərə ilbəil maraq daha da artır. Xüsusən də dənizə daha yaxın olan yerlərdə bağ evlərinə tələb çox olur".

M.Fərəcova əlavə edib ki, tələbatın çox olması qiymətlərə də təsir edir:

"İsti havalarda payız-qış aylarındakı qiymət 2-3 qat artır. Qiymətlər şəraitə, otaq sayına, həyətdə hovuzun olmasına və s. görə dəyişir. Bir aylıq kirayəsi 20 000 manatdan da çox olan bağ evləri var, onların hamısına isə rahatlıqla müştəri tapılır.

Son olaraq deyim ki, bağ evlərinə turistlərin də maraqları böyükdür və onlar isti aylarda daha çox bu evləri icarəyə götürürlər".

Lent.az bağ evlərinin qiymətləri ilə əlaqədar bir neçə əmlak saytlarına da nəzər yetirib.

Məlum olub ki, paytaxt ətrafı ərazilərdə yerləşən bağ evlərinin aylıq kirayəsi minimum 200 manatdan, günlük kirayəsi isə 70 manatdan başlayır.

Həmçinin bahalı bağ evlərinin günlük qiyməti 200 manatadək, aylıq qiyməti isə 15 000 manatadək təklif edilir.

  • Əvvəlki

    Azərbaycanda “Pensiya Amnistiyası”nın verilməsi təklif olunur

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0