USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“İnflyasiyaya hər hansı ciddi təsir gözləmirik”

20.06.2019 İqtisadiyyat
0 0
Artımlarla bağlı aparılan xərc dinamikasının hesablanması birbaşa olaraq göstərir ki, biz inflyasiyaya hər hansı bir ciddi təsir gözləmirik. Nəzərə almaq lazımdır ki, inflyasiyaya hər hansı bir xərc artımının təsiri nisbətlə götürülən məsələdir. Yəni ölkəyə əlavə pul kütləsinin daxil olması, pul emissiyasının həyata keçirilməsi gözlənilmir”.

"Kommersant.az" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, dövlət büdcəsinin artan gəlirləri hesabına bu xərclər ödənilir və ümumilikdə bütün xərcin məbləğinə nəzər saldıqda onun ÜDM-dəki payını və eyni zamanda, pərakəndə ticarət dövriyyəsindəki payı yüksək deyil: "Maliyyə naziri bildirdi ki, ciddi inflyasiya təsirini gözləmirik və bunu nəzarətdə saxlayacağıq. Artıq ilk arqumentimiz də öz təsdiqini tapıb. Bu ilin mart ayından minimum əmək haqları artırılıdı, minimum pensiyalar artırıldı. Üç ay keçməsinə baxmayaraq, Azərbaycanda bu gün inflyasiya göstəricisi 2,5 faizdir. Artıq bunun özü bir sübutdur ki, ciddi inflyasiya olması üçün təzyiq yoxdur. Amma hər bir halda istənilən makroiqtisadi siyasət zamanı bu hər zaman nəzarətdə saxlanılan məsələdir".

Report

  • Əvvəlki

    İranda nazirlik işçisi 25 mln. dolları ölkədən qaçırarkən tutuldu

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0