USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Müvəqqəti saxlanca verilmiş mallar sığortalana bilər - Palata açıqladı

28.06.2019 İqtisadiyyat
0 0
“Azərbaycanın sığorta bazarına yeni məhsulların gətirilməsi üzrə işlər gedir”.

"Kommersant.az" xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov Bakıda keçirilən "Azərbaycanda Sığorta Bazarı: trendlər və imkanlar" adlı IX Azərbaycan Beynəlxalq Sığorta Forumunda (AIIF-2019) bildirib.

Onun sözlərinə görə, bunlar həkimlərin, sığorta agentlərinin və inşaat işçilərinin peşə məsuliyyətinin sığortalanması ola bilər.

"Bundan başqa, Dövlət Gömrük Komitəsinə və digər qurumların müvəqqəti saxlanc yerlərində sahibkarlara məxsus əmlakların icbari qaydada sığortalanması məhsulu barədə düşünürük. Bu gün bu məhsula böyük ehtiyac var", - İ.Alışov qeyd edib.

Report