USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Hacı İbrahim “Xəzər adaları”nı dövlətə bağışlayıb - ŞOK İDDİA

02.07.2019 İqtisadiyyat
0 0
Külli miqdarda borcu olduğuna görə, “Avesta Konserni” MMC-nin prezidenti, tanınmış və qalmaqallı iş adamı Hacı İbrahim Nehrəmli (İbrahim İbrahimov) “Xəzər adaları” dövlət qurumuna verilib.

"Kommersant.az" xəbər verir ki, bu barədə mənbə Unikal.org-un əldə etdiyi məlumatda deyilir.

İ.Nehrəmlinin milyardlıq layihəsi "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin tabeçiliyinə verilib.

Məsələ ilə bağlı xəbərin mənbəsinə açıqlama verən Hacı İbrahim xəbəri təsdiqləyib. O "Xəzər adaları" layihəsini banka olan borcunu ödəmək məqsədi ilə dövlətə bağışladığını deyib:

"Mən "Xəzər adaları"nı Məmməd Musayevin sahibi olduğu "Aqrarkredit" qeyri-bank kredit təşkilatına vermişəm. Onlar da bu ərazini millət vəkili Kamran müəllimin baş direktoru olduğu "Azərbaycan Sənaye Korporasiyasının" (ASC) balansına keçiriblər".

Hacı İbrahim "Xəzər adaları" layihəsinə dövlət tərəfindən qoyulan qiymətini də açıqlayıb:

"Əmlakın dəyəri 720 milyon manat qiymətləndirildi. Banka olan borcumun faiz hissəsi məndən tuulmadığı üçün, əmlakın dəyəri 570 milyon manat oldu. Buna görə, mənə 150 milyonu qaytarmalı idilər. Mən də dedim ki, istəmirəm, dövlətə bağışlayıram. Bütün borclarım bağlandı. İndi mənim bir manat da olsun borcum yoxdur. Nə alacağım var, nə də verəcəyim! Mən bütün kreditlərimi 100 faiz ödəməli oldum".

Xatrıladaq ki, layihə "Avesta" şirkətinin təşəbbüsü nəticəsində ortaya çıxarılmışdı. Layihənin dəyəri 100 mlrd. dollar təşkil edirdi. Burada 1 milyon nəfərin yaşaması üçün şəhər salınması planlaşdırılırdı. Adalarda eləcə də 150 məktəb, 50 xəstəxana, bir neçə park, ticarət mərkəzləri, mədəniyyət mərkəzləri, institut kampusları, Formula-1 trası və Azerbaijan Tower (azərb. Azərbaycan qülləsi‎) tikilməsi planlaşdırılırdı.

Layihə ilkin olaraq başlayarkən 2020-2025-ci illərdə başa çatması proqnoz edilirdi.

  • Əvvəlki

    Bu ölkə turistlərə pulsuz SİM kartlar verir

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0