USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda polis “BMW” və "FIAT"ları 5 minə satıldı

08.07.2019 İqtisadiyyat
0 0
Bakı şəhəri üzrə sonuncu tarixdə keçirilmiş hərracda satılmış nəqliyyat vasitələrinin siyahısı və qiyməti açıqlanıb.

"Kommersant.az" Əmlak Məsələləri Dövlət Komitəsinə istinadən xəbər verir ki, hərracda ümumilikdə 6 avtomobil satışa çıxarılıb.

Satışa çıxarılan avtomobillərdən 5-i (Marka: 1 ədəd FIAT Doblo, 4 ədəd "BMW") Daxili İşlər Nazirliyin məxsusdur.

Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatına məxsus 2006-ci ilin buraxılışı olan 3 ədəd BMW 320 markalı avtomobil 5200 manata, 1 ədəd BMW 523 (yararsız vəziyyətdə) 5000 manata satılıb.