USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu şəxslərin əməkhaqları - KƏSKİN ARTIR

11.07.2019 İqtisadiyyat
0 0
Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə tibb işçilərinin gəlirləri əmək bazarının tələblərinə uyğun tənzimlənəcək.

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "Azərbaycanda İcbari tibbi sığorta sisteminin tətbiqinə dəstək" tvinninq layihəsinin bağlanış mərasimində bildirib.

Z.Əliyevin sözlərinə görə, bununla bağlı normativ hüquqi aktlar hazırlanıb və razılaşdırılması üçün müvafiq qurumlara göndərilib.

Agentlik rəsmisi deyib ki, həkimlərin əməkhaqları iki hissədən ibarət olacaq:
"Biz bununla bağlı pilot layihə tətbiq etmişdik. Yeni əmək haqqı pilot layihədəkindən fərqli olacaq. Birinci hissədə həkimin aldığı maaş artacaq və bu sabit olacaq. Digər hissədə isə həkimin göstərdiyi xidmətə görə onun əmək haqqına əlavələr olacaq". (trend)