USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiyadan Azәrbaycan meyvә-tәrәvәzlәri qadağasına münasibət

11.07.2019 İqtisadiyyat
0 0
Ötən gün RF Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti Azərbaycandan Rusiyaya idxal edilən 32,3 ton pomidor, 53,4 ton gilas, 19,92 ton quru noxud və 13 ton çiyələyin idxalına qadağa qoyduğuna dair məumat yayıb.

"Kommersant.az" xəbər verir ki, sözügedən məsələ ilə bağlı Azərbaycan Qida Təhlüəsizliyi Agentliyi (AQTA) bildirilib ki, Fitosanitar tədbirlər üzrə 13 nömrəli Beynəlxalq Standartın tələbinə əsasən uyğunsuzluq aşkar edildiyi təqdirdə idxalçı ölkə ixracatçı ölkəyə dərhal rəsmi bildiriş verilməlidir:

"Qaydalara əsasən, tələblərə uyğun gəlməyən məqam aşkar edildikdə, rəsmi məlumat verilməlidir. Bununla bağlı agentliyə heç bir rəsmi məlumat daxil olmayıb.

Ümumiyyətlə, idxal-ixrac proseslərində bu cür halların baş verməsi mümkündür, lakin beynəlxalq qaydalara uyğun olaraq yükdə karantin tətbiq edilən zərərli orqanizmlər aşkar edildikdə, yük zərərsizləşdirilərək yenidən müxtəlif istiqamətlərdə ixracı həyata keçirilə bilər".