USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu tarixlərdə yollara “sarı zolaq” çəkiləcək - SÜRÜCÜLƏRƏ XƏBƏRDARLIQ

11.07.2019 İqtisadiyyat
0 0
20-28 iyul tarixlərində Bakıda keçiriləcək XV Avropa Yay Olimpiya Gənclər Festivalı ilə əlaqədar müəyyən edilən marşrut üzrə əsas yol şəbəkəsində BNA-nin sifarişi əsasında “Sarı zolağın” çəkilişi işləri davam etdirilir.

"Kommersant.az" xəbər verir ki, məqsəd idmançıların və digər rəsmilərin idman obyektlərinə vaxtında çatmasını təmin etməkdir.

Bu çərçivədə 11 və 12 iyul tarixlərində axşam saat 22:00-dan səhər saatlarınadək Atatürk və Qara Qarayev prospektlərində xətlənmə işləri aparılacaq. Sürücülərdən sözügedən küçədə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

"Sarı zolağın" çəkilişinə iyul ayının 8-dən start verilib və müəyyən edilən marşrut üzrə digər küçə və prospektlərdə artıq yekunlaşdırılıb. Zolağın çəkilişi ilə bərabər müvafiq nişanlanma işləri aparılır və yol nişanları quraşdırılır, həmçinin asfalt üzərində təyin edilən yerlərdə xüsusi boya ilə festivalın logosu da vurulur. Sadalanan işlərin iyul ayının 18-dək tam yekunlaşdırılması nəzərdə tutulub.

Qeyd edək ki, AAYDA tərəfindən XV Avropa Yay Olimpiya Gənclər Festivalı ilə əlaqədar müəyyən edilmiş marşrut üzrə yol şəbəkəsinin yaxşılaşdırılması istiqamətində işlərini davam etdirir.

Bu tarixlərdə yollara

  • Əvvəlki

    Azərbaycanın ən bahalı orta məktəbləri - İllik təhsil haqqı 61 min manat

Digər xəbərlər