USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda rəsmi işsizlərin sayı 56 minə çatıb

17.07.2019 İqtisadiyyat
0 0
Bu il iyulun 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 167,9 min nəfər olub, onlardan 4 915,2 min nəfərini məşğul əhali təşkil edib.

"Kommersant.az" Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, cari ilin iyulun 1-i vəziyyətinə məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 55,8 min nəfər olub, onların 34,6%-ni qadınlar təşkil edib. Ötən ilin iyulun əvvəli ilə müqayisədə ölkədə rəsmi işsiz statusuna malik olanların sayı 19,2 min nəfər və ya 52,5% artıb.

İşsizlikdən sığorta ödənişinin orta məbləği 221,2 manat təşkil edib ki, bu da illik müqayisədə 66 manat və ya 23% azdır.

  • Əvvəlki

    BTC kəməri ilə tranzit neftin nəqli 39% azalıb

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0