USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nazirlik hər arı pətəyinə görə 10 manat verəcək - RƏSMİ

17.07.2019 İqtisadiyyat
0 0
Kənd Təsərrüfatı Nazirliyində arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi üzrə Respublika Komissiyasının 2019-cu ildə veriləcək subsidiya üzrə iclası keçirilib.

"Kommersant.az" nazirliyə istinadən xəbər verir ki, iclasda ictimai nəzarəti və şəffaflığı təmin etmək məqsədi ilə Azərbaycan Arıçılar Assosiasiyasının nümayəndələri də iştirak ediblər.

İştirakçılar 60 rayon (şəhər) komissiyasından daxil olmuş müraciətlərə baxıb. Respublika Komissiyası 1 927 inzibati ərazi vahidi üzrə 2019-cu ildə arıçılıqla məşqul olan 19 807 fiziki və hüquqi şəxsə sahib olduqları 426 533 arı ailəsinə (pətəyə) görə 4 265 330 manat subsidiya ödənilməsini qərara alıb.

Müraciətlərin və müvafiq sənədlərin Maliyyə Nazirliyinə göndərilməsi barədə qərar qəbul olunub.

  • Əvvəlki

    SOCAR istiqrazlarının sahiblərinə 1,25 milyon dollar ödənilib

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0