USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Vahid Ələkbərov dünyanın ən varlı şəxsləri siyahısında

20.07.2019 İqtisadiyyat
0 0
"Bloomberg" dünyanın ən varlı 500 şəxsinin reytinqini dərc edib.

"Kommersant.az" xəbər verir ki, "Amazon" onlayn satış saytının qurucusu Ceff Bezos 122 milyard dollar sərvətlə siyahıda ilk yerdə qərarlaşıb.

İkinci yeri fransız Bernar Arno tutub. "Moët Hennessy – Louis Vuitton" şirkətinin sahibi bu il 37,7 milyard qazanıb və sərvətini 106 milyard dollara çatdırıb.

"Microsoft"un rəhbəri Bill Qets 15,8 milyard gəlir əldə edib və hazırda 106 milyarda sahibdir. "Berkshire Hathaway" sahibi Uorren Baffetin 81,3 milyard dollar, "Facebook"un qurucu Mark Zükerberq isə 77,4 milyardı var.

Qeyd edək ki, "Lukoil" şirkətinin qurucusu azərbaycanlı biznesmen Vahid Ələkbərov siyahıda 61 yerdə qərarlaşıb. V.Ələkbərov bu il 1,6 milyard dollar qazanıb və sərvətini 17,7 milyarda çatdırıb. (Qaynarinfo)