USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanlı fermerlərə yeni plastik kartlar paylanılacaq

06.08.2019 İqtisadiyyat
0 0
"Bu ilin sonunda azərbaycanlı fermerlənə dövlətdən subsidiya almaq üçün yeni plastik kartlarının paylanılmasına başlanılacaq".

"Kommersant.az" xəbər verir ki, bu sözləri Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Mirzə Əliyev deyib.

Onun sözlərinə görə, təsərrüfat sahiblərinə yeni kartlar bu il üçün nəzərdə tutulmuş subsidiyalar ödənildikdən sonra paylanılacaq: "İlkin nərhələdə 300 mindən bir qədər artıq sahibkara subsidiya kartlarının paylanmasına başlanılacaq. Prosesə noyabr-dekabr aylarında start verməyi və yanvar ayının sonuna qədər isə yekunlaşdırmağı planlaşdırırıq. Yeni kartlar dizaynı və funksionallığı ilə indikilərdən fərqlənəcək. Onlar ölkəmizdəki prosessinq mərkəzində hazırlanacaq".

Qeyd edək ki, fermerlərə subsidiya "Kapital Bank" ASC vasitəsilə ödənilir. Subsidiyanın illik məbləği təxminən 250 milyon manatdır. (Report.az)

  • Əvvəlki

    BirKart millərini Türk Hava Yollarının millərinə dəyişmək mümkün oldu ®

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0