Bu ilin ilk yarısında yaşa görə pensiya təyinatları 67,7 faiz artıb

07.08.2019 İqtisadiyyat
"Bu ilin əvvəlindən elektron pensiya təyinatına keçilməsi ölkədə ilk proaktiv xidmət kimi mühüm uğurlardandır”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən Kollegiya iclasında Kollegiyanın sədri, nazir Sahil Babayev deyib.

Nazir bildirib ki, bu e-sistem əvvəlki dövrdə müraciət etmədiyi üçün pensiya təyin olunmamış şəxslərin də pensiya hüququnun reallaşmasına imkan verib, nəticədə cari ilin 6 ayında yaşa görə pensiya təyinatları 67,7 faiz artıb.

"Müavinət və təqaüdlərin təyinatı mexanizmi də avtomatlaşdırıldıqdan sonra il ərzində 180 mindən çox şəxsin sosial təminat növləri üzrə hüquqları belə proaktiv formada reallaşacaq”, - deyə o əlavə edib. (APA)