USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda külək enerjisi istehsalı 5 dəfə artıb

24.08.2019 İqtisadiyyat
0 0
Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda elektrik enerjisi istehsalı 5,1% artaraq 14 183,2 mln. kVt/saat təşkil edib.

"Kommersant.az"ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, əmtəəlik elektrik enerjisi istehsalının payı isə 13 685,2 mln. kVt/saat olub. Əmtəəlik istehsalın həcmi ötən ilin müvafiq dövründən 5,3% çox olub.

İstehsal edilən elektrik enerjisinin 1 040,3 mln. kVt/saatı su elektrik stansiyalarının, 12 548,1 mln. kVt/saatı istilik elektrik stansiyalarının, 71,1 mln. kVt/saatı küləklə işləyən stansiyaların, 25,7 mln. kVt/saatı günəş enerjisi ilə işləyən stansiyaların istehsalının payına düşüb.

Su elektrik stansiyalarının istehsalı ötən ilin müvafiq dövründən 12% az, istilik elektrik stansiyalarının istehsalı 6,6%, külək stansiyalarının istehsalı 5 dəfə, günəş stansiyalarının istehsalı 9,8% çox olub.

  • Əvvəlki

    Məşhur iş adamı Bakıxanovdakı restoranını təcili satışa çıxardı

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0