USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanın sabiq Baş prokuroru pensiyasının artırılmasını tələb edir

30.08.2019 İqtisadiyyat
0 0
Azərbaycanın sabiq Baş prokuroru Əli Ömərov bir ilə yaxındır ki, pensiyasının artırılması üçün məhkəmələrdə çəkişir.

Bu ilin əvvəlində bu məsələyə baxıb, Ə.Ömərovun əleyhinə qərar vermiş Bakı Apellyasiya Məhkəməsi sentyabrın 3-də yenidən bu işi araşdıracaq. Çünki Ali Məhkəmə onun çıxardığı qərarı ləğv edib, işi yenidən araşdırmaq üçün apellyasiya instansiyasına qaytarıb.

"Kommersant.az" bizimyol.info-ya istinadən xəbər verir ki, Ə.Ömərov pensiyasının yenidən hesablanmasını istəyir. Bu səbəbdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsini məhkəməyə verib. İddia ərizəsində də məhkəmədən xahişi bu olub ki, qarşı tərəfin üzərinə onun pensiyasını yenidən hesablayıb, indiyədək arada olan məbləğ fərqini ödəmək öhdəliyi qoyulsun.

1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsi onun iddiasını təmin edib. Qarşı tərəf qərardan narazı qalaraq, apellyasiya şikayəti verib. Bu ilin fevralında Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını ləğv edib. Bu dəfə qərardan Ə.Ömərov narazı qalıb və Ali Məhkəməyə üz tutub. İyun ayında Ali Məhkəmə sabiq Baş prokurorun kassasiya şikayətinə baxaraq təmin edib – apellyasiya məhkəməsinin qərarı ləğv olunub, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.

  • Əvvəlki

    İlham Əliyev fərman - İMZALADI

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0