USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda bu kinoteatrın yerində yeni “Mall” tikilir

02.09.2019 İqtisadiyyat
0 0
Bakıda yeni ticarət və əyləncə mərkəzinin ("Mall”) tikintisinə başlanılıb.

"Kommersant.az" xəbər verir ki, Bakının Nizami rayonunda, Tofiq Abbasov küçəsi 5 ünvanında, keçmiş "Sevinc" (Təbriz) kinoteatrının yerində (Qara Qarayev metro stansiyası yaxınlığı) müasir ticarət və əyləncə mərkəzi tikilir.

Məlumat lövhəsinə görə, ticarət və əyləncə mərkəzi 5 mərtəbəli olacaqdır. Mərkəzin altında 2 mərtəbəli avtomobil dayanacağı da nəzərdə tutulur. Mərkəzin tikildiyi ərazidəki parkın abadlaşdırılacağı bildirilir.Layihə "Təbriz Centre" MMC tərəfindən reallaşdırılır. Podratçı "Xəzər-2016 İnşaat" MMC-dir. /Fed.az

  • Əvvəlki

    Ağdamda qaz təchizatı dayandırılıb

Digər xəbərlər