USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Əmək bazarına elektron monitorinq üzərində iş aparılır” - Nazir

14.10.2019 İqtisadiyyat
0 0
Sahibkarlıq subyektlərin yoxlamaların dayandırılması ilə bağlı elan edilmiş monitorinq müddəti 2021-ci bitdikdən sonra həyata keçirilə biləcək səyyar yoxlamaların inzibati icraat praktikası təkminləşdiriləcək.

"Kommersant.az" Banker.az-a istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. Onun sözlərinə görə, hər hansı əlavə bürokratik yükün olmaması və sahibkarların incidilməməsi üçün bu daha vacibdir.

"Monitorinqin olması biznesin inkişafı üçün çox geniş imkanlar yaradır və dövlət tərəfindən onlar üzərində administrativ yük azaldır. Müvafiq dövlət qurumları tərəfindən də yoxlamaların həyata keçirilməsi sahəsində inzibati praktikaların təkmilləşdirilməsinə ciddi ehtiyac duyulur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sahibkarlıq subyektlərində həyata keçrilən yoxlamalar əsasən Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) həyata keçirdiyi yoxlamalar idi".

S.Babayev bildirib ki, bu çərçivədə DƏMX tərəfindən yoxlamaların elektronlaşdırılması, müvafiq fəaliyyət dairələrinə uyğun olaraq audit üçün kriteriyaların müəyyən edilməsi sahəsində işlər aparılır.

Nazir qeyd edib ki, DƏMX tərəfindən əmək bazarına elektron monitorinq və auditin təmin edilməsi üzərində iş aparılır.

  • Əvvəlki

    Övladlığagötürmə ilə bağlı müraciətlər DOST Mərkəzində də qəbul ediləcək

Digər xəbərlər

19.03.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0