USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Departamentdən köşklə bağlı açıqlama - "Bu tipli təşəbbüsləri dəstəkləyirik"

19.10.2019 İqtisadiyyat
0 0
Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti bir neçə gün öncə Bakının Nərimanov rayonunda SOCAR-ın Elmi-Tədqiqat İnstitutunun yanındakı səkidə quraşdırılan kitab köşkünün sökülməsi ilə bağlı açıqlama verib.

Departamentdən Report.az-a daxil olan açıqlamada bu tip təşəbbüslərin, layihələrin dəstəkləndiyi vurğulanıb.

"Bu tipli təşəbbüsləri rəsmi prosedur qaydalarına əməl etdikdən sonra dəstəkləyirik", - deyə məlumatda bildirilib.