USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gələn il pensiya və maaşlar artırılacaq

24.10.2019 İqtisadiyyat
1 0
2020-ci ildə bəzi sahələr üzrə əməkhaqlarının artırılması nəzərdə tutulur.

"Kommersant.az" xəbər verir, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfinə əsasən, sosialyönümlü siyasətin prioritetliyi 2020-ci ildə də saxlanılmaqla, bəzi sahələr üzrə əməkhaqlarının artırılması nəzərdə tutulur.

2020-ci il üçün dövlət büdcəsinin sosialyönümlü xərcləri (büdcə xərclərinin iqtisadi təsnifatına uyğun olaraq əməyin ödənişi, pensiya və müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının, ərzaq məhsullarının alınması xərclərinin cəmi) 10 373,7 milyon manat məbləğində proqnozlaşdırılıb ki, bu da 2019-cu illə müqayisədə 2605,8 milyon manta və ya 33,5 faiz çoxdur.

Sosialyönümlü xərclər dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 38,5 faiz təşkil edəcəkdir ki, bud a 2019-cu illə müqayisədə 7,7 faiz-bənd çoxdur.

Qeyd edək ki, 2020-ci il dövlət büdcəsinin zərfinə daxil olan qanun layihələri Milli Məclisin noyabrın 12-i, 13-ü və 14-də keçiriləcək plenar iclaslarında müzakirəyə çıxarılacaq. (Apa.Az)

  • Əvvəlki

    İqtisadiyyat Nazirliyi sığortaçı axtarır

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0