USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda qadın sahibkarların sayı açıqlandı

18.11.2019 İqtisadiyyat
0 0
Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan qadınların sayı 200 minə yaxındır.

Bunu "Üfüqdə yeni fürsətlər: Qadın Sahibkarlara yaşıl işıq" adlı forumda çıxış edən Azərbaycanın İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

Onun sözlərinə görə, onlardan təxminən 33%-i Bakıda, 17%-i Aranda, 16%-i Gəncə-Qazax, 10%-ə yaxını isə Lənkəran, qalanları isə digər iqtisadi rayonlarda fəaliyyət göstərir.

"Sahibkarlığın maliyyə resurslarına çıxışını təmin etmək məqsədilə yaradılan güzəştli mexanizmlərdən qadın sahibkarlar da yararlanır. Təkcə Sahibkarlığın İnkişafı Fondunun vəsaitlərindən indiyədək təxminən 4 300-dək sahibkarlıqla məşğul olan qadın yararlanaraq 115 mln. manatdan çox kredit əldə ediblər", – deyə N. Səfərov qeyd edib. /APA

  • Əvvəlki

    Bakıya qatarla gəlib-gedənlərə - ŞAD XƏBƏR

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0
23.04.2024 İqtisadiyyat
Neftimiz ucuzlaşıb
0 0