USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nazirlik 716 min avro cərimələnib

20.11.2019 İqtisadiyyat
0 0
Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyini (FHN) inzibati qaydada cərimələnməsi barədə protokol tərtib edib.

"Kommersant.az" xəbər verir ki, Yasamal Rayon Məhkəməsi protokola əsasən, nazirliyi 716 500 avro cərimələyib.

FHN İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilinib.

Bu inzibati xətaya görə, hüquqi şəxslər və ya dövlət qurumları inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12.11.2019-cu il qərarından verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır.

  • Əvvəlki

    Energetika naziri ABŞ-a yollandı

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0