USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Elektrik enerjisi limiti artırıla bilər - Nazirdən açıqlama

31.03.2020 İqtisadiyyat
0 0
“Əhalinin elektrik enerjisinin kommunal limitinin artırılması proqramı da təkliflər arasındadır”.

"Kommersant.az" xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov AZTV-nin "Hədəf" proqramında dilə gətirib.

Nazir bildirib ki, karantin şərtlərinə görə insanlar evdə qalmalıdır və buna görə də elektrik enerjisinin sərfiyyatı arta bilər:

"Biz bilirik ki, karantinin şərtlərindən, tələblərindən biri ondan ibarətdir ki, insanlar daha çox vaxtlarını evlərində keçirsinlər. Bu da, təbii olaraq, elektrik enerjisinin istehlakının artmasına gətirib çıxarır.

Xüsusən limitdən istifadə edən əhalinin həssas qrupları üçün bu nəzərə alınır.

Bu iş, əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir".