USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"İmkanı olana da uşaq pulu verilsə, o pula yeni qalstuk alacaq" - Deputat

21.05.2020 İqtisadiyyat
0 0
Xəbər verdiyimiz kimi aprelin 24-də keçirilən plenar iclasda deputat Əli Məsimli uşaq pulunun yenidən bərpa edilməsini təklif edib. Karantin rejim bitdikdən sonra Azərbaycanda uşaq pulunun bərpası mümkündürmü?

"Kommersant.az" xəbər verir ki, bununla bağlı danışan deputat Aydın Hüseynov bildirib ki, bizim iqtisadi gücümüz artıqca bu birbaşa vətəndaşlarımızın sosial rifah halının yüksəlməsinə yönəlir: "Mən düşünürəm ki, uşaq pulu veriləndə ünvanlı olmalıdır. Yəni həqiqətən kimi ehtiyacı varsa, ona verilsin. Təbii ki, bunun üçün də həmin ailələrin statistikası hazırlanmalıdır. Uşaq pulunun kütləvi şəkildə verilməsi düzgün yanaşma olmazdı. Düşünürəm ki, bu məsələdə fərdi yanaşma olmalıdır. Əgər imkanı olana biz uşaq pulu versək o, gedib həmin pula yeni qalstuk alacaq. Ona görə də o vəsait həqiqətən ehtiyacı olana verilməlidir. Çünki həmin ailə o pulu övladı üçün xərcləyəcək. Hər bir ailənin fərdi uçotu qurulmalı, məlumat bazası yaradılmalıdır. İstənilən ailə haqqında məlumat əlimizin altında olanda onların sosial probleminni həll edilməsi məsələsi azalır. Dövlətin atacağı addımlar ünvanlı olarsa daha effektli olur. Bu vəsaitlər dövlət büdcəsindən ayrılır. Dövlət büdcəsi vətəndaşlarımızın fəaliyyətindən yaranır. İşləməyib, hazır vəsait alınması düzgün olmaz. Əlbəttə elə vətəndaşlarımız var ki, işləmə qabiliyyəti yoxdur. Dövlətimiz hər bir vətəndaşına həssas yanaşır. Bu həssaslıqdan sui-stifadə edilməsi də düzgün olmazdı".Sonxeber.az

  • Əvvəlki

    Rüstəm Usubov istefaya göndərildi?

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0