USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ekspert: “İnsanlar virusdan ölməsə, acından öləcəklər” - FOTO

08.07.2020 İqtisadiyyat
0 0
“Sabunçu rayonu ərazisindəki “Sabunçu bazarı”nın içərisində gizli şəkidə fəaliyyət göstərən adsız kafe aşkarlanıb. Reydlər nəticəsində 9 nəfər saxlanılıb, onlardan 8-i qadındır. Siz nə edirsiz, hörmətli cənab cərimə yazanlar? 6 aydır insanlar işsizdir, gəlirləri yoxdur. Siz bu ayağında çəkələyi (bu ayaq geyiminin adı nədir?) olan xanımdan utanmadınız? Axı onun ehtiyacı var. Siz ona 190 manatı verməmisiz, o da ehtiyacı üçün gedib işləyir və indi də 200 manat cərimə tətbiq edibsiniz...”

Pravda.az-ın xəbərinə görə, bunu təhsil ekperti Kamran Əsədov deyib.

"Bəli, pandemiya dövrüdür, virus var, qorunmaq lazımdır. Amma insanlar virusdan ölməsə, acından öləcəklər. Xanımın ayaqqabılarından utanın... O otellər ictimailəşdirilməsə idi, oralarda reyd aparan deyildiz. Gücünüz və qanunlar ancaq kasıba çatır, işləyir..." – K.Əsədov qeyd edib.