USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İşsiz vətəndaşlara iyulda da yardım verilməlidir (EKSPERT)

17.07.2020 İqtisadiyyat
0 0
"İşsiz vətəndaşlara iyul ayında da 190 manat birdəfəlik yardım verilməlidir".

Bunu açıqlamasında iqtisadçı ekspert, hüquq müdafiəçisi Əkrəm Həsənov deyib. Onun sözlərinə görə, hökumət sərt karantin rejiminin uzadılması ilə bağlı qərar versə, bunu nəzərə almalıdr:

"Məntiqlə ödənilməlidir. Çünki sərt karantin rejimi vətəndaşların əksəriyyətinə işləmək imkanı vermir. Əminəm ki, hökumət sərt karantini uzatmaq qərarı verəndə bunu göz önünə alır".

İqtisadçı ekspert Natiq Cəfərli də iyul ayında isşiz vətəndaşlara 190 birdəfəlik yardımın verilməsini düzgün hesab edir:

"190 manat iyun ayında cəmi 287 min insana şamil olundu. Bu da doğru qərar deyildi. İyul ayından isə ümumiyyətlə, söhbət getmir. Məlum olur ki, karantin rejimi avqustun 5-nə kimi uzadılır. Ondan sonra yenidən uzadılıb- uzadılmayacağı isə məlum deyil".