USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Məktəbli formalarının qiymətində dəyişiklik olacaqmı? - RƏSMİ

28.08.2020 İqtisadiyyat
0 0
"Məktəbli formaları ilə bağlı bizə hər hansı bir göstəriş olmayıb, amma tikiş işlərinə başlanılıb”.

"Kommersant.az" xəbər verir ki, unu "MediaPost"a açıqlamasında Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin müdiri Etibar Əzimov deyib. O bildirib ki, hazırda məktəbli formalarının hansı ölçüləri yoxdursa, onlar tikilir:

"Bizdə işlər ilboyu dayanmadan gedir. Camaat da gəlir alır. Bu, mövsümi xarakterli bir iş deyil. Satış həmişəki kimi ənənəvi qaydada həyata keçirilir.

Hansı çox və ya az satılacaq bilmirik, amma ölçüləri az qalan formalardan dərhal tikib hazırlayırıq. İndi elə böyük bir satış yoxdur. Hər kəs gözləyirdi ki, məktəblərlə bağlı qərar verilsin, ondan sonra forma alsın".

E.Əliyev formaların qiymətində hər hansı bir dəyişiklik olmadığını söyləyib:

"Ümumiyyətlə, 2017-ci ildən bəri qiymətlər eynidir:

Köynək - 8 manat,

Şalvar - 42 ölçüyədək 15 manat, 54 ölçüyə kimi 18 manat,

Pencək – 25 manat,

Yubka – I-VI sinif şagirdləri üçün 15 manat, böyük siniflər üçün aşırma (sarafanla) olan 18 manat,

Jilet – 8 manat".

E.Əliyev həmçinin yeni məktəbli formalarının təsdiqlənmədiyini, bu vaxta qədər satışda olan formalardan tikildiyini bildirib.

  • Əvvəlki

    Xırdalan yolundakı körpü belə sökülür (FOTOLAR)

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0