USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İşsizlərə bu qədər vəsait ödəniləcək

24.12.2020 İqtisadiyyat
0 0
İşsizlikdən Sığorta Fondunun növbəti il üzrə xərcləri 157,8 mln. manat olaraq nəzərdə tutulub ki, bu da 2019-cu ilin müvafiq göstəricisindən 2,3 dəfə, 2020-ci ilin göstəricisindən isə 4,3% çoxdur.

"Kommersant.az"ın xəbərinə görə, bu barədə " İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanun layihəsinə Hesablama Palatası tərəfindən verilən rəydə bildirilir.

2021-ci ilin planına görə, özünüməşğulluq tədbirlərinin təşkili ümumi xərclərin ən böyük hissəsini – 43,6%-ni və ya 68 774,2 min manat təşkil edəcək. Bu göstəricinin 2020-ci ilin gözlənən məbləği ilə müqayisədə 12,6% azalacağı proqnozlaşdırılır.

Bundan əlavə, xərclərin mühüm bir hissəsi Dövlət Məşğulluq Agentliyinin aparatının və onun yerli orqanlarının, DOST Agentliyinin, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın saxlanmasına yönələcək. 2021-ci ildə bu istiqamətdə yönələn xərclərin 2020-ci ilin gözlənən göstəricisi ilə müqayisədə 2,3% azalaraq 41 994,9 min manat təşkil edəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, Fond tərəfindən 2021-ci ildə işsizliyə görə sığorta ödənişlərinin məbləğinin 2020-ci ilin gözlənən göstəricisi ilə müqayisədə 30% artaraq 13 mln. manat təşkil edəcəyi proqnozlaşdırılır.

  • Əvvəlki

    Azərbaycana qar yağdı - FOTO

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0