USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Livanlı iş adamı Qarabağda fındıq bağları salacaq

09.07.2018 İqtisadiyyat
0 0
Livanlı iş adamı, “Gardenia Lebanese Farms” şirkətinin prezidenti Nikolya Əbu Feysəl Ermənistan Silahlı Qüvvələrinin işğalı altındakı Dağlıq Qarabağ torpaqlarına səfər edib.

Ermənistan KİV-ləri xəbər verir ki, ərəb iş adamı bölgədə 300 hektar sahədə fındıq bağları salmaq istəyir. O bunun üçün Xocavənd və keçmiş Ağdərə rayonlarının ərazisini gözdən keçirir.

Ərəb biznesmen Xankəndinə gedərək, separatçı rejimin rəhbələri ilə görüşüb və öz investisiya planını təqdim edib.