USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu işlərdə 300-1000 manat qazanmaq olar - İŞ YERLƏRİ, MAAŞLAR

15.10.2018 İqtisadiyyat
0 0
"Vakansiyaların və iş üçün müraciət edənlərin sayı isə sentyabrdan başlayaraq azalıb".

Bunu "Kommersant.az"a açıqlamasında işədüzəltmə agentliyinin əməkdaşı bildirib. Onun sözlərinə görə, buna səbəb, işə düzəltmə agentliklərinin sayının günbəgün artması ola bilər.

İşlər zəifləyib

Son zamanlar qeyri-qanuni işədüzəltmə şirkətlərinin sayı artıb. Şirkətimiz 20 ildir ki, fəaliyyət göstərir. Özüm isə 8 ilə yaxındır ki, agentlikdə işləyirəm. Bu müddət ərzində ilk dəfədir ki, vakansiyaların və şirkətə müraciətlərin sayında azalma müşahidə edirəm.

Sürücü, fəhlə, mühafizəçi işləmək istəyənlər artıb

Hazırda mühafizəçi, sürücü, xadimə, dayə, ev işləri üçün köməkçi, mühasib, İnsan Resursları üzrə mütəxəssis (HR), hüquqşünas və ofis menecerinə tələbat var. Xaricdə ali təhsil almış oğlanlar xarici şirkətlərdə işləmək istəyirlər. Orta yaşlı xanımlar dayə, ev işləri üçün köməkçi işlərinə üstünlük verirlər. Gənc ailələr uşaqlarını nisbətən yaşlı insanlara etibar edirlər.

Ofis daxili işlərdə maksimum yaş tələbi 30-dur

Ev işlərində köməkçi işləmək istəyənlər üçün 45-50 yaş məhdudiyyəti var. Mühasib, hüquqşünas isə istisnadır. 50 yaşa qədər xanımlar xadimə də işləyə bilər. Fəhləlik üçün də yaş məhdudiyyəti olmur.

Gün ərzində 5-10 müraciət daxil olur

Vakansiya üçün müraciət edən yaşlı insanlar arasında ali təhsillilər də olur. Müraciət edənlərdən eləsi olur ki, həmin gün işlə təmin olunur. Bəzən bir nəfər bir neçə yerə göndərilsə də, vakansiyaları bəyənmir. Şirkətdən daha çox, göndərdiyimiz adamlar vakansiyaları bəyənmirlər. Nə qədər çox adam işə düzələrsə, əmək haqqım da artar. Ona görə də bizə müraciət edənlərin iş tapmasında maraqlıyam. Bəzən işə düzəldirsən, sonra bəhanələrlə işdən çıxırlar.

Vakansiyalar üzrə maaşlar dəyişməyib

Yol pulu qalxıb, hər kəs yüksək maaşlı iş istəyir. Ancaq əmək haqları demək olar ki, əvvəlki illərdə olduğu kimidir. Ev işlərində köməkçi işləmək istəyənlərə 500 manat, bütün gün işləyərsə 800 manat ödənilir. Ofis işlərinin əmək haqqı 300 manatdan başlayır. Baş mühasiblər və hüquqşünasların maaşı 1000 manatan başlayır. Fəhləlik üçün isə əmək haqqı 300-450 manatdır.

  • Əvvəlki

    "Bank Avrasiya" hesabatını açıqladı - GƏLİRLƏRİ AZALIB

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0