USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda orta ömür müddəti açıqlandı

05.01.2019 İqtisadiyyat
0 0
Azərbaycanda son illərdə, 2011-ci ildən 2017-2018-ci ilə qədər ölənlərin sayı artmayıb, ancaq doğuşun həcmi azalıb.

Bunu açıqlamasında Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

O, qeyd edib ki, doğum göstəricilərinin aşağı olması valideynlərin, xüsusilə, gənc ailələrin bir, ən yaxşı halda iki uşağa üstünlük verməsi ilə bağlıdır.

"Yəni, nəticə etibarı ilə doğum azalır, amma ölüm də artmır, insanların ömrü ilbəil uzanır.

Bununla həm də insanların orta ömrü artmış olur", - deyə, komitə sədri bildirib.

Deputat qeyd edib ki, bu gün Azərbaycanda orta ömür müddəti 75,2 ildir.