Varlı olan hər kəs pis insan deyil - PREZİDENT

05.01.2019 Sosial
"Adıma qeyddiyatda olan ev, avtomobil və şəxsi mülkiyyət yoxdur".

"Kommersant.az" xəbər verir ki, bunu Meksikanın yeni Prezidenti Andres Manuel Lopes Obrador mətbuat konfransında deyib. Prezident kredit kartlardan istifadə etmədiyini bildirib: "23 min dollar pul yığmışam, maaşımı illik 65 min dollara endirmişəm. Akademik olan həyat yoldaşım isə ildə 72 min dollar qazanır". A.M.L. Obrador qeyd edib ki, yaşadıqları ev və sürdüyü maşın həyat yoldaşının adına qeydiyyatdan keçirilib. 65 yaşlı siyasətçi əlavə edib: "Həyatım boyu pulla maraqlanmadım, mən ideallar və prinsiplər üçün savaşıram. Ancaq varlı olan hər kəs pis insan deyil".

Bankda hesabı olmadığını deyən Meksika lideri mətbuat konfransında pul kisəsini çıxararaq cibində yalnız 200 peso və ABŞ-da yaşayan bir meksikalının ona uğur gətirməsi üçün verdiyi 2 dolları üzərində daşıdığını vurğulayıb. Meksikada rüşvətxorluğun axırına çıxacağını vəd edən solçu siyasətçinin ilk işi keçmiş Prezidentin lüks təyyarəsini satışa çıxarmaq olmuşdu.