Nazir daha 4 vəzifəli şəxsi işdən çıxardı

22.05.2018 Sosial
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev 4 rayonun Tibbi Sosial Ekspert Komissiyasının (TSEK) sədrini vəzifələrindən kənarlaşdırıb.

Nazirin əmrinə əsasən, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin – Sabunçu rayon TSEK sədri – Vahid İbrahimov, Qəbələ rayon TSEK-in sədri Eldar Abbasov, Ağcəbədi-Ağdam TSEK-in sədri Yaşasın Haqverdiyev, Nərimanov TSEK-in sədri Şahin Verdiyevi vəzifəsindən uzaqlaşdırıb.

Məsələ ilə bağlı Əmək və əhalinin sosial müdafiəsi nazirliyindən xəbəri təsdiqləyiblər.

Qeyd edək ki, bir neçə gün əvvəl S. Babayev bildirmişdi ki, əliliyin təyin edilməsinə qarşısaxtar təyinatlara qarşı tədbirlər həyata keçirləcək.