USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Prezident “ASAN xidmət”ə 6 milyon ayırdı

05.04.2019 İqtisadiyyat
0 0
Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərində iki yeni "ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi haqqında sərəncam imzalayıb.

"Kommersant.az" xəbər verir ki, sərəncamda deyilir:

"1. Bakı şəhərində iki yeni "ASAN xidmət" mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ilkin olaraq 6,0 (altı) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".

Azxeber.com

  • Əvvəlki

    “Diqlas" ticarət mərkəzində yanğından zərərçəkmiş sahibkarlardan 57-i dövlət yardımını aldı

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0