USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Diqlas"da yanğından zərər çəkən sahibkarlara ödənişlərin verilməsinə başlanılıb

06.04.2019 İqtisadiyyat
0 0
“Diqlas" ticarət mərkəzində yanğından zərərçəkmiş sahibkarlara bu gün bank kartlarının verilməsi prosesinə başlanılıb.

"Kommersant.az"ın "Ona"ya istinadən verdiyi məlumata görə, İqtisadiyyat naziri Şahin Mustafayev bu gün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin binasında sahibkarlara bank kartlarını paylayıb. Nazir sahibkarlara ödənişlərin "Kapital Bank" və "Turan Bank" vasitəsilə həyata keçiriləcəyini bildirib.

Qeyd edək ki, bu gün 57 sahibkara 570 min manat ödəniləcək. Sahibkarlara bank kartları vasitəsilə nağdsız şəkildə veriləcək və banklar bu maddi yardımdan xidmət haqqı tutmayacaqlar.