Nazir: “Bakı növbəti illərdə Yay Olimpiya Oyunlarının ev sahibliyinə namizədliyini irəli sürməyəcək”

26.04.2019 Sosial
Bakı qarşıdakı illərdə Yay Olimpiya Oyunlarının ev sahibliyinə namizədliyini irəli sürməyəcək.

“RİA-Novosti” agentliyinə istinadən məlumata görə, bunu Azərbaycan gənclər və idman naziri Azad Rəhimov açıqlayıb.

O bildirib ki, 2016 və 2020-ci illərdə keçirilən Yay Olimpiya Oyunlarının ev sahibliyinə namizəd olan Azərbaycan növbəti cəhdi planlaşdırmır.

“2016 və 2020-ci illərdə bizim iki cəhdimiz olub. Biz bütün yolu qət etmişik, lakin sonda qısa siyahıya düşməmişik. Bizim əsas problemimiz idman obyektləridir. Yaxın gələcəkdə Bakının namizədliyinin verilməsi ilə bağlı planlarımız yoxdur”, – deyə nazir vurğulayıb.