USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AQTA əməkdaşları Gəncədə sahibkarlarla görüşüb - FOTO

21.05.2019 İqtisadiyyat
0 0
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bölgələrdə sahibkarların maarifləndirilməsi tədbirlərini davam etdirir.

AQTA-dan verilən məlumata görə, bu tədbirlər çərçivəsində Agentliyin əməkdaşları növbəti dəfə Gəncədə sahibkarlarla görüşüblər.

Görüşdə Gəncə və ətraf rayondan olan 100-ə yaxın sahibkar iştirak edib. Agentliyin əməkdaşları onlara qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı, qida məhsullarının, baytarlıq və fitosanitar nəzarətində olan yüklərin idxal-ixracına dair tələblər və bu sahədə dövlət nəzarətinin həyata keçirilməsi barədə geniş məlumat veriblər.

Tədbirdə qida məhsullarının təhlükəsizliyinin təmin edilməsinin əsas prioritetlərdən olduğu vurğulanıb. Həmçinin, müasir kəsim məntəqələrinin yaradılması, bu istiqamətdə fəaliyyət göstərən sahibkarlara Agentlik tərəfindən metodiki dəstəyin göstəriləcəyi tədbir iştirakçıların diqqətinə çatdırılıb.

Görüşün sonunda sahibkarları maraqlandıran suallar cavablandırılıb və onların problemlərin həlli istiqamətində fikir mübadiləsi aparılıb.

  • Əvvəlki

    “Büdcə kəsiri 2018-ci ildə proqnozlaşdırılandan xeyli az olub”

Digər xəbərlər

27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0