USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gömrükdən "sahibkar özünü yandırıb" xəbərinə - REAKSİYA

19.06.2019 İqtisadiyyat
0 0
Ötən gün bir sıra kütləvi informasiya vasitələrində ölkəyə mobil telefonların aksesuarlarını gətirən sahibkara qarşı gömrük orqanları tərəfindən haqsız tələblərin irəli sürülməsi, həmin şəxsin də etiraz əlaməti olaraq Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş Gömrük İdarəsinin inzibati binasının qarşısında özünü yandırması barədə həqiqətə uyğun olmayan məlumatlar yayımlanıb.
Komitədən "Kommersant.az"a verilən məlumata görə, yayılan məlumatlar tamamilə əsassızdır və Qərb Ərazi Baş Gömrük İdarəsinin qarşısında hər hansı şəxsin özünü yandırma faktı qeydə alınmayıb. Dövlət Gömrük Komitəsi bildirir ki, son illərdə gömrük sistemində aparılan islahatların əsas məqsədlərindən biri də vətəndaş məmnuniyyətinin təmin olunması, xarici ticarət iştirakçılarının müraciətlərinin operativ şəkildə araşdırılaraq obyektiv qiymətləndirilməsidir. Dövlət Gömrük Komitəsidaim vətəndaşların müraciətlərinə, şikayət və təkliflərinə həssaslıqla yanaşır, onların müsbət həlli istiqamətində bütün vasitələrdən istifadə edir.