USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Əli Kərimli həbs olundu - Məhkəmənin qərarı ilə

28.06.2019 İqtisadiyyat
0 0
Onun cəmiyyətdə mövcud olan sabitliyi pozmağa cəhd göstərdiyi bildirilir.

"Kommersant.az" bildirir ki, AzNews.az-a daxil olan məlumata görə, bu gün Binəqədi rayon məhkəməsinin qərarı ilə AXCP sədri Əli Kərimli həbs olunub.

Onun süni şəkildə ictimai narazılıq yaratmağa, müqavimət hərəkatı formalaşdırmağa və cəmiyyətdə mövcud olan sabitliyi pozmağa cəhd göstərdiyi bildirilir.

Qeyd edək ki, Əli Kərimli ictimai asayişi kobud şəkildə pozan, qanunların tələblərinə riayət etməyən, polisə müqavimət göstərən və digər bu qanunazidd əməllər törədən şəxslərə kəsilmiş cərimələrin ödənilməsinə guya yardım göstərmək məqsədilə "xeyriyyə marafonu" adı altında müxtəlif çağırışlar irəli sürmüş və kampaniya təşkil etməyə çalışmışdı.

  • Əvvəlki

    Türkiyənin “Seha” şirkəti Azərbaycan bazarını tərk edir

Digər xəbərlər