USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Vahid Əhmədovun oğluna yüksək vəzifə verildi

02.07.2019 İqtisadiyyat
0 0
Azərbaycanın prokurorluq orqanlarında yeni təyinatlar olub.

"Kommersant.az" xəbər verir ki, Baş Prokuror Zakir Qaralovun müvafiq əmri ilə Bakı şəhəri, Qaradağ rayonunun prokuroru Abdullayev Natiq Saleh oğlu tutduğu vəzifədən azad edilərək Şirvan şəhərinə prokuror təyin edilib.

Digər əmrə əsasən, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəis müavini Zəfər Əhmədov Qaradağın prokuroru vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, Zəfər Əhmədov deputat Vahid Əhmədovun oğludur.

V.Əhmədov faktı mənbəyə* açıqlamasında təsdiqləyib.

Azvision

  • Əvvəlki

    Qeyri-OPEC ölkələri sazişin uzadılmasını dəstəklədi

Digər xəbərlər