USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sabah burada qaz - OLMAYACAQ

04.07.2019 İqtisadiyyat
0 0
Sumqayıtda “Şəhər 1” orta təzyiqli yeraltı qaz kəmərində sızma baş verib.

"Kommersant.az" xəbər verir ki, Sumqayıt Qaz İstismarı Sahəsindən verilən məlumata görə, yaranan problemin aradan qaldırılması məqsədilə iyulun 5-də saat 10:00-dan saat 17:00-dək şəhərin 1, 2, 3,4, 5, 6, 7, 8-12, 15, 16, 17, 18, 19, 22, 29, 30, 34, 36, 45-ci məhəllələrin, 1, 5, 6-cı mikrorayonların, "Betonzavod" yaşayış massivinin və "İnşaatçılar" qəsəbəsinin qaz təchizatı dayandırılacaq.

Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.