USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bakı Metropoliteni” qatarda siqaret çəkən kişini axtarır - VİDEO

15.07.2019 İqtisadiyyat
0 0
Sosial şəbəkələrdə Bakı metrosunda siqaret çəkən şəxsin görüntüləri yayılıb.

"Kommersant.az"-ın məlumatına görə, həmin şəxs qatarda ardıcıl olaraq bir neçə siqareti çəkib və kötüyünü yerə atıb.

Onun bu davranışı sərnişinlərdən biri tərəfindən lentə alınaraq sosial şəbəkələrdə paylaşılıb.

Məsələ barədə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov saytımıza açıqlamasında bildirib ki, məsələ barədə müvafiq araşdırma başlanıb:

"Qanunvericiliyə əsasən, metro ərazisində siqaret çəkmək qadağandır və cərimə də müəyyənləşib. Sadəcə, hələlik hadisənin nə vaxt və hansı qatarda baş verdiyi məlum deyil. Həmin şəxsin kimliyi metrostansiyalardakı və qatarlardakı kameralar vasitəsilə araşdırılır. O, tapılaraq barəsində qanunvericiliyin tələbinə uyğun tədbir görüləcək".

  • Əvvəlki

    Gömrüyün keçmiş rəisi barəsində araşdırma aparılır - Mülkləri aşkarlandı

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0
23.04.2024 İqtisadiyyat
Neftimiz ucuzlaşıb
0 0
23.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0