USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu il Azərbaycanda uşaqlara ən çox bu ADLAR qoyulub

24.07.2019 İqtisadiyyat
0 0
Bu il ərzində Azərbaycanda oğlan uşaqlarına ən çox qoyulan ad yenə də Yusif olub.

"Kommersant.az" bildirir ki, Trend-in Ədliyyə Nazirliyinin statistik məlumatlarına istinadən verdiyi məlumata görə, bu il ərzində Yusif adı 1160 uşağa qoyulub.

Oğlan uşaqlarına Yusifdən sonra ən çox qoyulan adlar Əli (1065), Hüseyn (914), Uğur (891), Ömər (660), Məhəmməd (656) olub.

Bu il qızlara ən çox verilən ad isə Zəhra olub ki, bu, ötən müddətdə 1188 yenidoğulan qıza qoyulub.

Ümumilikdə, ötən müddətdə qızlara qoyulan ən məşhur adlar Zəhradan sonra Aylin (781), Nuray (763), Zeynəb (761), Məryəm (743), Mələk (660), Fatimə (644) və s. olub.

  • Əvvəlki

    "Azərbaycan Beynəlxalq Bankı"nın bütün maliyyə göstəriciləri artıb - HESABAT

Digər xəbərlər