USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Xəzərə düşən "Miq-29" tapıldı

25.07.2019 İqtisadiyyat
0 0
Dünən axşam saatlarında təlim-məşq uçuşları keçirən zaman Xəzər dənizinə düşən Hərbi Hava Qüvvələrinin "Miq-29" təyyarəsi tapılıb.

"Kommersant.az" xəbər verir ki, bunu "Qafqazinfo"ya açıqlamasında tanınmış politoloq Qabil Hüseynli bildirib.

Onun sözlərinə görə, hərbi təyyarə sabah quruya çıxarılacaq: "Axtarışlarla bağlı hələlik bir yenilik yoxdur. Amma deyəsən, təyyarə tapılıb. Təxminən Giləzi ilə Şuraabad ərazisindədir. Sabah kranla quruya çıxaracaqlar".

Qeyd edək ki, Qabil Hüseynli sözügedən təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin qayınatasıdır.

  • Əvvəlki

    "Express Bank" mənfəət açıqladı - HESABAT

Digər xəbərlər