USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan yollarında yalançı yol polisi maşınları peyda oldu - FOTOLAR

27.07.2019 İqtisadiyyat
0 0
Bu gündən başlayaraq Azərbaycanın bir sıra magistral yollarında yol polisi maşınlarının maketləri quraşdırılıb.

"Kommersant.az" xəbər verir ki, artıq bir çox yollara bu maketlərdən qoyulub və bununla sürücülər aldadılaraq sürət həddini aşmamağa məcbur edilir.

Hazırda həmin maketlərin Kürdəmir rayonu ərazisində quraşdırılması işi aparılır. Bu haqda saytımıza xəbər verən hadisə şahidləri bildiriblər ki, hətta gecələr bu "maşınların" üstündə sayrışan işıqlar olacaq.

Yol polisi rəhbərliyinin belə bir addım atmasına səbəb isə sürücüləri qarşıda yol polisi olduğu mesajı ilə aldadaraq onları qayda pozmaqdan çəkindirməkdir.

Yenisabah

  • Əvvəlki

    Dünyanın ən zəngin cütlükləri - FOTO

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0