USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sərhəddə atışma - Əsgərimiz yaralanıb

28.07.2019 İqtisadiyyat
0 0
"2019-cu ilin 27 iyul tarixində saat 22:45 radələrində Dövlət Sərhəd Xid­mətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Fizuli rayonunun Əhmədalılar kəndinin yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədini pozmaqla ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitənin gətirilməsinə cəhd edilib".

"Kommersant.az" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən məlumat verilib.

Sərhəd naryadı tərəfindən İran İslam Respublikasından Azərbaycan Res­publikası istiqamətində silahlı şəxslərin hərəkəti aşkar olunmuş və qarşısı alınıb.

Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsində olan sərhəd naryadının qanuni tələbinə və xəbərdarlıq atəşinə tabe olmayan sərhəd pozu­cuları tərəfindən sərhəd naryadına qarşı silah tətbiq edilib.

Baş vermiş atışma zamanı sərhəd naryadının üzvü çiyin nahiyəsindən yaralanıb. Sərhədçi əsgər dərhal hərbi hospitala təxliyə edilərək əməliyyat olunub, hazırda vəziyyəti qənaətbəxşdir.

Dövlət sərhədindən narkotik vasitə keçirməyə müvəffəq ola bilməyən sər­həd pozucuları geri qaçıblar. Ərazidə keçirilmiş axtarış tədbirləri nəticəsində ümumi çəkisi 5 kq 350 qram olan 1 ədəd bağlamada 2 kq 70 qram marixuana, 2 kq 180 qram kokos, 885 qram heroin, 215 qram tiryək aşkar olunub.

Hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin rəhbər vəzifəli şəxsləri əraziyə ezam ediliblər. İran İslam Respublikasının sərhəd nümayəndəsi ilə görüş keçirilib, hadisə yerinə birgə baxış keçirilib, aşkar olunmuş narkotik vasitələr və digər əşyalar təqdim olunub, sərhəd pozucularının müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunmaları tələb edilib.

Hərbi prokurorluq ilə birlikdə hadisə ilə əlaqədar zəruri tədbirlər görülür. Fakt üzrə cinayət işi başlanılıb.

  • Əvvəlki

    Dünyaya hökm edən ailələr: “Dərin dövlət”, “masonlar”, daha nələr…

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0