USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tələbə olmaq istəyənlərə şad xəbər - Gələn ildən təhsil haqqları aşağı enəcək

04.10.2019 İqtisadiyyat
0 0
Xəbər verdiyimiz kimi, sentyabrın 1-dən dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində fizika, biologiya, kimya, kimya və biologiya müəllimliyi ixtisasları üzrə hər bir təhsilalana düşən təhsil xərci 29 faizə qədər artırılıb.

Bəs bunun təhsil haqqlarına təsiri olacaqmı?

Bununla bağlı "Kommersant.az"a danışan təhsil eksperti Kamran Əsədov deyib ki, təhsil haqqlarının aşağı düşməsi gözləniləndir:

"Burada dövlət tərəfindən bir şəxsin oxuması üçün çəkilən xərclərdən söhbət gedir. Məsələ ondan ibarətdir ki, bir şəxsin oxuması üçün çəkilən vəsait, ümumilikdə onun təhsil haqqını müəyyən etmir, universitetlərin də öz xərcləri var. Onlar həmin xərcləri təhsil haqqlarının üzərinə əlavə edirlər. Elə ixtisaslar var ki, 5-8 min manata başa gəlir. Xüsusən də rəsm, heykəltaraşlıq kimi ixtisaslar ən bahalı olanlardır. Ona görə də təhsil xərclərinin artırılması olduqca müsbət addımdır. Biz növbəti ildən təhsil haqqlarının enməsini müşahidə edə bilərik. Çünki artıq Nazirlər Kabineti tərəfindən bir şəxsin təhsil alması üçün xərclər ortaya qoyuldu. Normalda "Abituriyent 4" jurnalında 4000 azn, 3000 azn, 3500 azn, 2500 azn olan ixtisasların maliyyələşməsi üçün çəkilən xərclər 1600-1800 manatdır. Deməli, buradan kifayət qədər böyük gəlir götürülür. Ona görə də deyə bilərəm ki, gələn il bir çox ixtisaslarda təhsil haqqlarının aşağı düşməsi gözləniləndir".

  • Əvvəlki

    Nazir özünə müşavir təyin etdi

Digər xəbərlər

16.04.2024 İqtisadiyyat
İnflyasiya enib: Ərzaq ucuzlaşacaq?
0 0
16.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
15.04.2024 İqtisadiyyat
Goldman Sachs-ın xalis mənfəəti artıb
0 0