USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Vilayət Eyvazov mayoru işdən çıxardı - Nöqsanlara görə

15.10.2019 İqtisadiyyat
0 0
Daxili İşlər naziri Vilayət Eyvazov mayoru işdən çıxarıb.

"Kommersant.az" unikal.org-a istinadən xəbər verir ki, vətəndaş Quliyev Bulud İnqilab oğlunun Daxili İşlər Nazirliyinə şikayətindən sonra nazir, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, Bakı Şəhər Baş Polis idarəsində araşdırma aparılıb. Araşdırmadan sonra işində yol verdiyi ciddi nöqsanlara görə, Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis Bölməsinin tədqiqatçısı, polis mayoru Əliyev Zamiq Elxan oğlu vəzifəsindən azad edilərək, sərəncama götürülüb.

Vətəndaş Bulud Quliyev şikayətinə operativ və obyektiv baxıldığı üçün Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazova və Bakı Şəhər Baş Polis idarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidova öz minnətdarlığını bildirib.

  • Əvvəlki

    Körpü Bina Tikinti” MMC-yə müddətli “məcburi göstəriş” verilib

Digər xəbərlər