USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan dünyanın ən güclü ölkələri sırasına daxil olub

16.12.2019 İqtisadiyyat
0 0
Azərbaycan dünyanın ən güclü ölkələrinin reytinqində 45-ci yerdə qərarlaşıb.

"Kommersant.az" xəbər verir ki, bununla da ölkəmiz Portuqaliya, Kolumbiya, Tailand, Argentina, Çexiya, Xorvatiya və digər başqa ölkələri qabaqlayıb.

"U.S.News" jurnalında dərc olunan reytinq siyahısında ümumilikdə 80 ölkə yer alıb.

Ən güclü ölkələrin üçlüyünə ABŞ, Rusiya və Çin daxildir.

Həmçinin siyahıda Litva, Slovakiya, Sloveniya, Latviya, Estoniya ölkələri var.

Siyahı Ümumi Daxili Məhsul, əhalinin sayı, sosial rifah səviyyəsi parametrləri əsasında tərtib olunub

©Trend