USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda su xəttində qəza - Bu ərazilərdə su olmayacaq

18.12.2019 İqtisadiyyat
0 0
Bakının bəzi ərazilərində su olmayacaq.

"Kommersant.az" xəbər verir ki, "Azərsu" ASC-dən bildirilib ki, paytaxtın Səbail rayonu, Fikrət Əmirov küçəsindən keçən magistral su xəttində qəza baş verib.

Baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar gün ərzində rayonun Fikrət Əmirov, Üzeyir Hacıbəyov və Xəqani küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.

Oxu.az