USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sosial kirayə mənzillərə müraciətlər nə üçün başlamadı?

07.01.2020 İqtisadiyyat
0 0
2019-cu il dekabr ayının ikinci yarısından sosial kirayə mənzillərin əldə edilməsi üçün vətəndaşların müraciətlərinə başlanılacağı barədə yerli KİV-də geniş məlumatlar yayılsa da, proses baş tutmadı.

İpoteka və Kredit Zəmanət Fondunun mətbuat xidmətinin rəhbəri Yeganə Laçınzadə bildirib ki, prosesin nə vaxt başlayacağı hələlik məlum deyil: "Kirayə mənzillərin satış prosesinə dekabr ayında başlanılması planlaşdırılsa da, müəyyən işlər yekunlaşmadığına görə baş tutmadı. Müraciətlərin nə vaxt başlayacağı barədə isə rəsmi heç bir məlumat yoxdur. Bununla bağlı yenilik olanda ictimaiyyətə məlumat veriləcək".

Xatırladaq ki, "Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında" Azərbaycan Prezidentinin 2019-cu il yanvarın 25-dəki fərmanı ilə "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi qaydası" təsdiq edilib.

Fərmana görə, İpoteka və Kredit Zəmanət Fondu balansındakı mənzilləri uzunmüddətli kirayə verəcək və kirayənişin bu mənzilin pulunu aybaay ödəməklə sonda mənzilə mülkiyyət hüququ əldə edəcək.

Lent.az

  • Əvvəlki

    Sabahın hava proqnozu - Duman, çiskin olacaq

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0